“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 mart tarixli 63 nömrəli Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu barədə sənədi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Kollegiya belə olacaq:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri.
-ƏVVƏLKİ-
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının maliyyə-təsərrüfat şöbəsinin müdiri