13 C
Baku
Sunday, November 24, 2024

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin sayı artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi artırılıb.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 98 ştat vahidi müəyyən edilib. Əvvəllər isə say həddi 88 ştat vahidi idi.

Sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər