Diploma ehtiyac yoxdur: İlon Maskın iş müsahibəsindən keçməyin yolu

“Tesla” ya işə qəbul olmaq üçün universitet və ya kollec diplomu lazım deyil, şirkət rəhbəri İlon Mask qeyd edir. Onun mövqeyi bir neçə ildir ki, dəyişməz olaraq qalır: milyarder namizədlərdə başqa keyfiyyətlər axtarır. 

Mask deyir: “Ali təhsil almaq və hətta orta məktəbi belə bitirmək lazım deyil, – milyarder deyir. – Kimsə prestijli universitet bitiribsə, bu onun böyük işlər görməyə qadir olduğunu göstərə bilər, amma mütləq deyil ki, elədir. Məsələn, Bil Qeyts və ya Larri Ellison və Stiv Cobsa baxın: bu uşaqların heç birinin ali təhsili yoxdur, ancaq belə bir şansınız olsaydı onları işə götürmək yaxşı fikir olardı”. 

Mask qeyd edir ki, diplomdan başqa, “müstəsna qabiliyyətin” əlamətləri də önəmlidir. Milyarderin sözlərinə görə, vakansiya üçün müraciət edənlərlə müsahibədə o onlardan karyeraları haqqında, qarşılarına çıxan mürəkkəb məsələləri necə həll etdiklərini soruşur. 

Xatırladaq ki, İlon Maskın özünün iki ali təhsili var: Pennsylvania Universitetində iqtisadiyyat və fizika sahəsi üzrə. Məzun olduqdan sonra 1998-ci ildə sahibkar “PayPal” ödəmə sisteminin təsisçilərindən biri oldu, 2002-ci ildə “SpaceX”, bir il sonra isə “Tesla Motors” şirkətlərini təsis etdi. Hazırda İlon Mask dünyanın ən zəngin insanları sırasında 40-cı yer tutur. “Forbes” jurnalının qiymətləndirmələrinə görə, onun mülkü 22,3 milyard dollar təşkil edir. 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları