16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Diplomatik mənbə: “Azərbaycan-Ermənistan-Rusiya sammiti yanvarın ikinci ongünlüyündə baş tuta bilər”

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər.

Bu barədə “İnferfaks” diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, – deyə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər. Mümkün tarixlərdən biri isə 11 yanvardır.

“İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.

Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Oxu.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər