“Diqlas” ticarət mərkəzi bu tarixdə söküləcək

0

Bakıda yanan “Diqlas” ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.

Bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı ONA-ya bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: “Binanın söküntüsünə mayın 22-də başlanılacaq”.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

ONA