27.1 C
Baku
Tuesday, June 25, 2024

Diqlas Ticarət Mərkəzində mallar niyə sığortalanmayıb?

Malları yanan şəxslər niyə mallarını sığortalamayıb? Baxmayaraq ki, qeyd etdikləri kimi vergi və sosial sığortanı vaxtında ödəyillər. Səbəbin biri də malların sığortalanmaması ilə bağlıdır. Yəni adi bir 7000 manatlıq maşını şəxs qanunvericilikdə məcburilik hallına görə, sığortalayır. Amma 700 000 manatlıq malını sığortalamır. Səbəb nədir? Bunun iki cavabı var. Vətəndaş sığortaya inanmır və ya əlavə xərcinin çıxmasını istəmir. Halbu ki, misal üçün ildə 120 manat verib illik 10 min manatlıq malı sığortalamaq olar. Məsələnin digər tərəfi var. Sahibkarın malları vergi uçotundadırmı? Onların malları markalanıbmı? Marakalanma ilə bağlı maddə bu ilin əvvəlində Vergi Məcəlləsinə salınıb. Baxmayaraq ki, inzibati xəta var bu günə kimi konsepsiya hazır deyil. Yəni hansı formada markalanacaqla bağlı bir iş ortada yoxdur. Belə olan halda malların uçotu hansı formada aparılmalıdır? Sığorta şirkəti malları hansı formada qiymətləndirməlidir? Suallar çoxdur. Guman edirəm ki, Vergilər Nazirliyi markalanma ilə bağlı konsepsiyanı bu yaxınlarda hazır edib sahibkarların mallarını markalayacaq və sığorta şirkətləri də malları rahat şəkildə sığortalaya biləcəklər.

İqtisadçı-ekspert  Rauf Qarayev. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər