“Diqlas” TM-in yanğını söndü, bəs sahibkarların “yanğının” kim söndürməlidir? – Foto və şərh

  • 8
  •  
  •  
  •  

Bu gün Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Hazırda ərazidə kəşfiyyat, soyutma və tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır.

“Son zamanlar baş verən yanğınlarda diqqət çəkən məqam daha çox peşəkarlıq və tətbiq olunan texnologiyalarla bağlı olur. Bu gün 1000-dək mağazası olan DİQLAS Ticarət Mərkəzində baş verən yanğında da görünən odur ki, əsasən ənənəvi yanğınsöndürmə texnologiyalarından istifadə olunurdu. Videolardan görsənir ki, bəzi hallarda hətta mağaza sahibləri özləri də yanğın söndürmə prosesində aktiv iştirak edirlər.
Dünyada artıq bu tip ərazilərdə, bu tip obyektlərdə baş verən yanğınları söndürmək üçün bir xeyli yeni, innovativ üsullardan və texnologiyalardan istifadə olunur.”

Bunu ekspert Osman Gündüz şərh edərkən bildirir.

İctimai ərazilərdə yerləşən, qeyri-yaşayış sahəsində, ticarət obyektlərində nə üçün avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmasın ? Böyük obyektlərdə nə üçün buna cavabdeh şəxslər olmasın ?

Yəqin ki, buradakı mağaza sahibləri icarə üçün, müxtəlif xidmətlər üçün xeyli vəsaitlər ödəyirdilər. Bunun qarşılığında onlara hansı xidmətlər təklif olunurdu?

İndi onların zərərini kim ödəməlidir ?

Ekspertin fikrincə, hökumət zərər çəkmiş sahibkarları müdafiə etməlidir. Sığorta məsələsi sərtləşdirilməlidir: “Əgər əlçatan bir ərazidə, yanğınsöndürən maşınların və digər resursların, yanğınsöndürənlərin olduğu halda, uzun müddət yanğını söndürmək, əmlakları xilas etmək mümkün deyilsə demək ümumiyyətlə yanğından mühafizə sistemi, yanğın təhlükəszizliyinin dayanıqlığı və effektivliyi, tətbiq olunan texnologiyalar yetərli deyil.

Yanğından çəkilən video və fotolara baxanda elə qabaqcadan da hesablamaq olardı ki , mövcud resurslarla yalnız kənara yayılmanın qarşısnı almaq mümkün olacaq. Odur ki , bu məsələlərə yenidən baxılması doğru olardı.

Yeri gəlmişkən, maraqlıdır ki, FHN nə üçün başqa ölkələrdə olduğu kimi Könüllü yanğından mühafizə dəstələrini inkişaf elətdirmir ? Hansı ki, bunlar qanunvericilikdə də nəzərdə tutulub.

Əlbəttə, yanğın təhlükəsizliyi ilə əlaqəli FHN tərəfindən müəyyən işlərin görüldüyünü müşahidə edirik, biz yanğınsöndürənlərin öz həyatlarını riskə atdıqlarının fərqindəyik, onların fədakarlığını yüksək qiymətləndirirk.

Bununla belə düşünürəm ki, FHN yeni, innovativ yanğınsöndürmə texnikası, yanğınsöndürən və yanğından qoruyan yeni maddələr əldə etməlidir.

Yeni yanaşmalar olmalıdır, FHN Könüllü dəstələrin yaradılmasını stimullaşdırmalı və onlara təlimlər keçməlidir, ictimai əhəmiyyətli yerlərdə daha effektiv yanğından mühafizə və yanğısöndürmə sistemlərindən istifadə edilməlidir.”

“Diqlas” kimin idi?

“Diqlas” tiracət mərkəzinin sahibinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olduğu bildirilir.

Banker.az bildirir ki, bunu Qafqazinfo informasiya portalı məlumat yaymışdı.

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub.

Digər mənbələrə görə, “Diqlas” ticarət mərkəzi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevə məxsusdur. O bir neçə gün öncə Prezident İlham Əliyevin ətrafındakıları təhqir etmişdi.

 


  • 8
  •  
  •  
  •