“Diqlas” ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlara ödənişlərin edilməsinə növbəti həftədən başlanılacaq.
Banker.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir ödənişlərin “Kapital Bank” vasitəsilə həyata keçiriləcəyini diqqətə çatdırıb və bildirib ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsaitlər ayrılıb: “Vergi və gömrük orqanları tərəfindən sahibkarlara dəymiş məbləğin həcmi müəyyənləşdiriləcək. Sözügedən vəsaitlər vasitəsilə ilkin ödənişlərin həyata keçirilməsinə başlayacağıq”.