10 C
Baku
Friday, November 15, 2024

“Diqlas”da zərər çəkmiş 89 sahibkara 778 min manat məbləğində maddi yardım göstərilib

Aprelin 9-na olan vəziyyətə görə, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara 778 min manat məbləğində maddi yardım göstərilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“İndiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 mln. 146 min manat ödənilməsi qərara alınıb. Artıq 778 min manat məbləğındə maddi yardım 89 zərər çəkmiş sahibkarın bank hesabına köçürülüb”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna aprelin 4-dən başlanılıb.

Ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər