12 C
Baku
Saturday, May 18, 2024

Diqqət çəkən rezüme

Bəzən işə götürənlər hətta ən ideal təşkil edilmiş rezümeyə belə fikir vermirlər. Lakin rezümenin mükəmməl və diqqət çəkən şəkildə təşkil edilməsi üçün bir neçə vasitə mövcuddur.

İşə götürənlər gün ərzində çoxsaylı rezümeləri gözdən keçirir və bu informasiya çoxluğunda onlar lazımi namizədləri əldən verə bilərlər. Belə olduqda isə hər iki tərəf itirmiş olur. Aşağıda sizə diqqət çəkən rezüme hazırlamaq üçün ən yaxşı üsulları təqdim edirik.

Nəticə və bir daha nəticə

Hər bir işəgötürən şəxs öz əməkdaşından müsbət iş nəticələri gözləyir. Məhz bu səbəbdən də işəgötürülmə zamanı namizədlərin təcrübəsinə və iş nailiyyətlərinə böyük önəm verilir. Buna görə də rezüme yaradarkən burada öz uğurlarınızdan və nailiyyətlərinizdən bəhs etməlisiniz. Bunları nə qədər yüksək səviyyədə təqdim edə bilsəniz, bir o qədər şanslarınızı artırmış olacaqsınız.

Maliyyə öhdəliyi

Şirkətin maliyyə məsələlərinə məsuliyyətlə yanaşmaq və onun işlərini yerinə yetirmək rəhbərlik tərəfindən yüksək qiymətləndirilir. Əgər maliyyə öhdəliyinizi sübut etsəniz, bu sizin üçün uğurlu bir cəhətə çecriləcək.

Məsələn, göstərilən büdcə ilə necə alış-veriş etdiyinizi və bu zaman nələrə qənaət etdiyinizdən bəhs edə bilərsiniz. Maddi cəhətdən etibarlı insansınızsa bunu onlara bildirin ki, maliyyə cəhətdən şirkətə heç bir problem yaşatmayacaqsınız.

Liderlik keyfiyyəti

Liderlik keyfiyyətinə malik namizədlər adi iş icra edən namizədlərdən daha üstün tutulur. Belə əməkdaşlar şirkət rəhbərinin məzuniyyətdə və yaxud xəstə olması zamanı işi öz üzərinə götürə, bir neçə nəfərin işini birləşdirə və hətta bütün komandaya rəhbərlik edə bilər.

Əgər nə vaxtsa qısa müddətlik də olsa kiçik bir komandaya rəhbərlik etmisinizsə bunu və nəticəsini mütləq öz rezümenizdə qeyd edin.

Məşhur adlar

Məşhur şirkətlərin və yaxud tanınmış şəxsiyyətlərin adlarının rezümedə qeyd edilməsi işəgötürənin diqqətini cəlb edir. Əgər hətta belə məşhur şirkətlərdə çalışmamısınızsa və yalnızca işgüzar söhbətlər üçün əlaqə saxlamısınızsa yenə də onları qeyd edin. Doğrudur nəhəng şirkətə öz sahənizlə bağlı etdiyiniz cəmi 1 zəngi və yaxud onun direktorunun əlini sıxmağınızı qeyd etmək lazım deyil. Bu məlumatlar müəyyən dəyərə sahib işgüzar münasibətlərə aid olmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər