Diqqət iqtisadiyyatı: nədir və onun bu günümüzə və gələcəyimizə təsiri

0
Taymes meydanı, Nyu-York

DİQQƏT İQTİSADİYYATI bir məfhum kimi, insanların xidmətlərdən istifadəyə görə haqq olaraq diqqətləri (vaxt) ilə ödəniş etməsini nəzərdə tutur. 

“İqtisadiyyat” dedikdə ağlımıza dərhal pul münasibətləri gəlir: mal-pul-mal. “Oikonomia” sözü yunan dilindən götürülüb və evin, təsərrüfatın idarə edilməsi deməkdir. “Diqqət” anlayışı isə psixologiyadan götürülüb, bu və ya digər obyekti seçmə faktorudur. 

  1. İnsanlar ovçuluq və toplama ilə məşğul olduğu dövrlərdə, yeganə məhdud resurs qida olmuşdur. Qida tapmaq üçün ibtidai insanlar bütün planeti fəth etməyə məcbur idilər. 
  2. Neolit dövründə insanlar ərzaq məhsullarını əkməyi mənimsədilər. Torpaq sahibləri nüfuzlu şəxslərə çevrildilər. 
  3. 18-ci əsrdə yeni dövr başladı – sənaye dövrü. Sənaye inqilabı ilə əlaqədar olaraq, kapital əsas resursa çevrildi. 
  4. Venqer hesab edir ki, növbəti mərhələ bilik dövrü, onun əsas resursu isə diqqət olacaqdır. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Lakin buna qədər işləməyə davam edəcəyik

Əmək və kapital bir-birindən ayrı şəkildə mövcud ola bilməz. Venqerin “İş dövranı” modelinə görə, biz istehlak naminə işləyirik və başqalarını işə təşviq edirik. Bəlkə də, əmək tezliklə öz əhəmiyyətini itirəcək və biz daha az işləyəcəyik. 

Amma bu, qlobal böhrana səbəb ola bilərmi? İşsizlik dəhşətli bir şey deyil: sadəcə varlığın əsas məqsədi düşüncəsiz istehlak yox, bilik olacaqdır. 

O qədərdə pis bir perspektiv deyil, elədirmi? 

Diqqət iqtisadiyyatının biznesə təsiri

Xidmət və ya məhsul axtarışında olan şəxs, müxtəlif saytlar üzərinə “klik” edir. O istədiyini tapmaq üçün çox vaxt və səy sərf edir. İnternet – böyük bazardır. Burada biriləri satırlar, digərləri isə alırlar. Hər iki tərəf öz məqsədlərini güdür. 

İdeal diqqət iqtisadiyyatı – hər iki tərəfin maraqlarının nəzərə alınmasıdır. İnformasiya qanunda qeyd edilir: informasiya həcminin artması, diqqət kəsirinə gətirib çıxarır. Bu, İnternetin iqtisadi modelinə zərbə vurur. 

Sayt tərtibatçıları alıcını cəlb etmək üçün müxtəlif hiylələrə əl atırlar. Nəticə kimi tərəflər razılığa gəlməlidirlər. Lakin fikir dağınıqlığı biznes üçün çox zərərlidir. Bu halda hər kəs itirir: həm istədiyini ala bilməyən istifadəçilər, həm də biznesmenlər. 

“Məzmunun uyğunluğu” (relevantlığı) da məhz burada meydana gəlir. Saytın ziyarət olunma səviyyəsi məzmunun uyğunluğundan və, müvafiq olaraq, istifadəçinin diqqətindən asılıdır. 

Məhsulların sürətli müqayisəsi, qiymətləndirilməsi və seçilməsi üçün şərait yaratmaq lazımdır ki, virtual alıcının real alıcıya çevrilmə şansını artıra biləsiniz. 

İnformasiya dəqiq, qısa və aydın olmalıdır. Alıcı nə itirə biləcəyini başa düşməlidir. 

Beləliklə, məzmunun uyğunluğu (kontentin relevantlığı)  – satın alma prosesinin başa çatması ehtimalının artmasıdır. İnternet dövründə diqqət çox qiymətli resursa çevrilib, iqtisadiyyat da məhz onun ətrafında formalaşır. 

Diqqət iqtisadiyyatının KİV-nə təsiri

Müəyyən dövrlərdə mətbuatın bir hissəsi ciddi idi. Həmin dövrlərdə maliyyə xəbərlərinin arasında astroloji proqnoz və ya əyləncəli testlər görmək mümkün deyildi. İndi isə insanlar trafiki artırmaq üçün hər vasitəyə əl atırlar. 

Keyfiyyətsiz trafik? Bəli. Sayta baxış sayı azdır? Əgər normal oxucu varsa, vəziyyət bir qədər düzələcək, lakin sayğaclarda on minlərlə artıq ziyarət olacaq. Bu, reklamverənlər üçün arqumentdir.