9 C
Baku
Friday, November 15, 2024

“Disney” 100 min işçiyə maaş verməyəcək

Dünyadakı əyləncə parkları pandemiya səbəbindən boşdur. Və “Disney” şirkəti işləmədiyi üçün işçilərinə maaş verməyəcəyinə qərar verib.

Banker.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, əyləncə sənayesinin dünya lideri 100 000 yaxın işçiyə maaş verməyəcək. Bu, şirkətə ayda təxminən yarım milyard dollar qənaət etməyə imkan verəcək.

“Əməliyyat xərclərinin təxminən 45%-nin işçi qüvvəsinin payına düşdüyünü nəzərə alsaq, qənaət məbləğin böyük olacağını söyləyə bilərik”, – deyə şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, 2019-cu ildə “Disney” park, xidmət və məhsullarından əldə etdiyi əməliyyat gəliri 7 milyard dollar təşkil edib.
“Disney” ödənişsiz məzuniyyətdə olan heyətə tam tibbi xidmət göstərəcəyini vəd edib. Bundan əlavə, aprelin 19-dan başlayaraq konsern işçilərinə işsizlik müavinətləri üçün müraciət etmələrini tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər