10 C
Baku
Friday, December 13, 2024

“Disney” abunəçilərin sayına görə “Netflix”i üstələyib

“Disney”in videoyayım platforması abunəçilərin sayına görə “Netflix” şirkətini üstələyib.

Bu ilin üçüncü maliyyə rübünün yekunlarına əsasən, “Disney” xidmətlərindən istifadə edənlərin sayı 221.1 milyon nəfərə yüksəlib. “Netflix” isə 220.67 milyon abunəçisi olduğunu bildirib.

“Disney” yayımına Disney+ (152 milyon), ESPN+ (22.8 milyon) və Hulu + Live TV (46.2 milyon) daxildir.

Qeyd edək ki, bu ilin birinci rübü ərzində, yanvardan mart ayına qədər “Netflix” qlobal istifadəçi sayında ilk dəfə azalma ilə üzləşərək 200 min abunəçisini itirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər