“Walt Disney Company” kompüter oyunlarını inkişaf etdirən “Epic Games”də 1.5 milyard dollarlıq pay almağı planlaşdırır, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. “Disney” mətbuat xidməti yeni bir “oyun və əyləncə kainatı” yaratmağı planlaşdırdığını bildirib.
Press-relizdə qeyd edildiyi kimi, oyun kainatı “Fortnite” oyunu ilə əlaqəli olacaq. Onun istifadəçilərinə bu kainatda oynamaq, başqalarının oyununu izləmək və qarşılıqlı əlaqə yaratmaq vəd edilir. Kainatda həmçinin “Disney”, “Pixar”, “Marvel”, “Ulduzlar müharibəsi” və “Avatar” personajları təqdim ediləcək. Mətbuatdan verilən məlumata görə, layihə “Unreal Engine” üzərində rellaşdırılacaq.