12 C
Baku
Saturday, November 23, 2024

“Disney” Mikki Mausun müəlliflik hüququnu itirəcək

Əyləncə sənayesinin ən böyük oyunçularından biri “Disney” şirkəti tezliklə Mickey Mosue”un eksklüziv hüquqlarını itirəcək. “The Guardian” yazır ki, 2024-cü ildə bu sənət əsərinin müəllif hüquqları ABŞ-da başa çatacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Animasiya personajı 1928-ci il oktyabrın 1-də yaradılmışdır. O, ilk dəfə ağ-qara cizgi filmində görünmüşdür.

1998-ci ildə ABŞ-da əsərlərin ictimai sahəyə keçdiyi tarixi qanun qəbul edilib. Onun qeyri-rəsmi adı Mickey Mouse Protection Act-dır. Bu qanuna görə, müəllif hüquqularının təsiri müəllifin sağlığında və ölümündən sonra daha 70 il ərzində qorunur.

Dünyaca məşhur siçan da bu normanın altına düşüb. Mickey Mouse”un müəllif hüquqları 2024-cü ilə qədər uzadılıb. Xatırladaq ki, 2022-ci ilin yanvarında şirkət Vinni Puxun eksklüziv hüquqlarını itirib.

Son xəbərlər
Digər xəbərlər