16 C
Baku
Friday, April 26, 2024

“Disney” Notr-Dam kilsəsinin rekonstruksiyasına $5 mln. bağışlayacaq

Amerikanın “Walt Disney” şirkəti, yanğın nəticəsində dağıdılmış Notr-Dam kilsəsinin rekonstruksiyasına 5 milyon dollar bağışlayacaq.

Banker.az xəbər verir ki, müvafiq mesaj şirkətin rəsmi saytında dərc edilmişdir. “Disney” in sədri və baş icraçı direktoru olan Robert Eiger, Notr-Dam kilsəsini “ümid və gözəlliyini mayakı” adlandırıb. Onun fikrincə, bu kilsə ölkənin ruhu və ürəyidir.

Robert əlavə olaraq qeyd edir ki, “Walt Disney” şirkəti öz dostlarını və qonşularını bu dar gündə atmayacaq, kömək məqsədilə şirkət 5 milyon dollar bağışlamağı vəd edib.

1996-cı ildə “Walt Disney” şirkəti “Notre Dame Hunchback” adlı cizgi filmini buraxmışdır. Süjetin mərkəzində Esmiralda adlı qaraçı və kilsədə yaşayan Kvazimodo durur. O, gənc rəqqasəni həbsxanadan xilas edərək, yepiskop Frollodan qoruyur.

Xatırladaq ki, yanğın 15 aprel tarixində baş vermişdir. Xoşbəxtlikdən, kilsənin strukturu və əsas incəsənət əsərləri yanmayıb.

Yanğının baş vermə səbəbi kimi  kilsədə həyata keçirilən rekonstruksiya işləri göstərilir. Dünyanın böyük şirkətləri və biznesmenləri, kilsənin rekonstruksiya işlərinin həyata keçirilməsi üçün öz köməyini təşkil ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər