“Walt Disney” şirkəti Rusiyada qeyri-maddi aktivlərin dəyərsizləşməsi səbəbindən 195 milyon dollar zərər etdiyini açıqlayıb. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin gəlir hesabatında deyilir.
“Şirkət Rusiyada “Disney” kanalı ilə əlaqəli qeyri-maddi aktivlərin dəyərdən düşməsi səbəbindən 195 milyon dollar itirib”, – deyə mesajda qeyd olunur. Xatırladaq ki, martın 11-də “The Walt Disney” Rusiyadakı bütün biznes fəaliyyətini, o cümlədən “National Geographic” jurnalı, “Disney Cruise Lin” və “Disney Channel” yayımını dayandırdığını elan edib.
Martın 1-də şirkət filmlərinin Rusiyaya tədarükünü müvəqqəti olaraq dayandırıb. Ondan başqa “Sony Music Group” və “Warner Music Group” da Rusiyadakı biznes fəaliyyətini fasiləyə qoyub.
Discovery öz kanallarının və onlayn xidmətlərinin yayımını müvəqqəti dayandırıb. Ümumilikdə, Rusiyada “Animal Planet”, “TLC” və “Eurosport” da daxil olmaqla, 15 “Discovery” telekanalı yayımlanıb.