Amerikanın “The Walt Disney Company” şirkəti Rusiyada filmlərinin nümayişini dayandırır.
Banker.az xəbər verir ki, “Ukraynanın əsassız işğalını və dəhşətli humanitar böhranı nəzərə alaraq, biz Rusiya kinoteatrlarında film nümayişlərini dayandırırıq”, – mesajda deyilir.
Daha əvvəl Amerikanın “Warner Bros” studiyası “Ukraynadakı humanitar böhranı nəzərə alaraq” martın 2-sində Rusiyada keçirilməsi planlaşdırılan “Batman” filminin premyerasını təxirə saldığını açıqlayıb.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bundan sonra Aİ ölkələri, ABŞ və bir sıra digər dövlətlər Rusiya və onun ən böyük şirkətlərinə qarşı sanksiyalar tətbiq ediblər.