5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Disney” şirkətinin gəlir səviyyəsi kəskin aşağı düşüb

Amerikanın “Walt Disney Company” şirkətinin birinci rübdə xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 91% azalıb.

Bu barədə məlumat şirkətin dərc olunan rüblük maliyyə hesabatlarında yer alıb.

Təqdim olunan məlumatlara görə, martın 28-də başa çatan cari maliyyə ilinin birinci rübündə şirkətin xalis mənfəəti 475 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda şirkətin gəliri 21% artaraq 18 milyard ABŞ dollarına çatıb.

Ötən ilin müvafiq dövründə şirkətin xalis mənfəəti 5,4 milyard ABŞ dolları, gəliri isə 14,9 milyard ABŞ dollar təşkil etmişdi.

Şirkətin gəlir səviyyəsinin kəskin aşağı düşməsi ABŞ-da və dünyada koronavirusun yayılmasının mənfi təsiri ilə əlaqədardır. Pandemiya fonunda “Walt Disney” şirkəti bütün əyləncə parklarının fəaliyyətini müvəqqəti dayandırmaqla yanaşı, yeni filmlərin və serialların çəkilişlərini qeyri-müəyyən vaxta saxlamaq məcburiyyətində qalıb.

Son xəbərlər
Oxşar xəbərlər