3 C
Baku
Saturday, December 14, 2024

“Disney+” xidmətinin abunəçi sayı 94.9 milyona çatıb – Şirkət beşillik hədəfə 14 aya nail olub

“Disney+” xidmətinin 94.9 milyon abunəçisi vardır. Şirkət 2020-ci ilin dekabr ayında əlavə 9 milyon abunəçi qazanıb.

Banker.az “VC.ru”ya istinadən xəbər verir ki, bu barədə yanvarın 2-də sona çatan maliyyə ilinin hesabatında deyilir.

Qeyd edək ki, xidmət abunəçilərinin təxminən 30%-i Hindistan və İndoneziyanın payına düşür. Orada “Hotstar” xidməti fəaliyyət göstərir. “Hotstar”ın dəyəri “Disney+” ilə müqayisədə daha aşağıdır, bu səbəbdən hər abunəçidən əldə edilən gəlir 28% azalaraq 4.03 dollar təşkil edib.

“Disney+” xidmətinə məxsus olan daha bir xidmət “Hulu” 39.4 milyon abunəçiyə sahibdir. Ümumilikdə, “Disney”in striminq xidmətləri 2020-ci ilin birinci rübü ilə müqayisədə 73% artıb, gəliri isə 3.5 milyard dollar təşkil edib. “Disney”in ümumi gəliri isə 20% azalaraq 16.25 milyard dollara çatıb.

Bildirildiyi kimi, “Disney” xidmətlərinə abunə qiymətini yaxın gələcəkdə artırmağı planlaşdırır: ABŞ-da martın 26-dan başlayaraq “Disney+”un aylığı 7.99 dollar və ya illiyi 79.99 dollar (aylıq 6.99 dollar və illik 69.99 dollar əvəzinə) olacaq.

Xatırladaq ki, “Disney+” xidmətinin ən böyük rəqibi “Netflix”dir. 2020-ci ilin nəticələrinə görə, “Netflix”in abunəçi sayı 200 milyonu keçib.

Son xəbərlər
Digər xəbərlər