25 C
Baku
Wednesday, October 5, 2022

“Disney”in gəlirləri pandemiyaya rəğmən kəskin artıb

2021-ci oktyabr-dekabr aylarında “Walt Disney” şirkətinin gəlirləri illik ifadədə 5,6 mlrd. dollar və ya 34,5% artıb.

Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, 2022-ci il yanvarın 1-də başa çatan I maliyyə rübündə şirkət 21,8 mlrd. dollardan çox gəlir əldə edib. Əvvəlki ilin analoji dövründə bu göstərici 16,2 mlrd. dollar təşkil edib.

Şirkət koronavirus pandemiyasının onun parklarına, təcrübələrinə və məhsullarına mənfi təsir göstərdiyini qeyd edib.

Buna baxmayaraq, parklardan, təcrübələrdən, məhsullardan olan gəlirlər illik müqayisədə iki dəfə artaraq 3,6 mlrd. dollardan 7,2 mlrd. dollara yüksəlib.

Son xəbərlər
Oxşar xəbərlər