3 C
Baku
Sunday, February 5, 2023

Dissertasiyaların təqdim olunması və müdafiəsinə dair tələblərə də dəyişiklik edilib

Dissertasiyaların təqdim olunması və müdafiəsinə dair tələblərə də dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Bundan sonra gizli səsvermə zamanı dissertasiya şurasının iclasında iştirak edən müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurasının üzvləri və dissertasiya şurasının digər üzvləri forması Komissiya tərəfindən müəyyən edilən bülletenlər vasitəsilə səs verəcəklər. Hesablama komissiyasının protokolunda əvvəl müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurası üzvlərinin səsverməsinin nəticəsi, sonra dissertasiya şurasının digər üzvlərinin səsverməsinin nəticəsi göstəriləcək.

İndiyə qədər gizli səsvermə iki mərhələdə keçirilirdi. Birinci mərhələdə dissertasiya şurasının iclasında müdafiənin keçirildiyi ixtisas üzrə iştirak edən şura üzvləri, ikinci mərhələdə dissertasiya şurasının digər üzvləri səs verirdilər. Hesablama komissiyası protokolunda əvvəl birinci mərhələnin səsverməsinin nəticəsi, sonra ikinci mərhələnin səsverməsinin nəticəsi göstərilirdi. Protokol iclasda iştirak edən dissertasiya şurası üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermə yolu ilə təsdiq edilirdi.

Son xəbərlər
Digər xəbərlər
X