ABŞ-ın menecment xidmətləri şirkəti ADP tərəfindən aparılan araşdırma işçilərin distant işləmək ilə bağlı maraqlı bir nəticə ortaya qoyub.
Banker.az xəbər verir ki, dünya üzrə 33 000-dən çox insanın daxil olduğu araşdırmada işçilərdən ofisə çağırıldıqları halda özlərini necə hiss edəcəkləri və nə etməyi planlaşdırdıqları soruşulub. Sorğuda iştirak edən əməkhaqqı işçilərinin üçdə ikisi “Mən zəruri olmadığı halda ofisə tam iş günü çağırılsam, yeni iş axtarmağa başlayacağam” deyib.
Araşdırmada işçilərin daha çevik iş qaydasına üstünlük verəcəyi və bunun üçün işəgötürəndən xahiş edəcəyi qənaətinə gəlinib: “Koronavirus pandemiyası insanların öz prioritetlərini yenidən düşünməsinə səbəb oldu və işçilər standartlarına cavab verməyən şirkətləri tərk edəcəyini bildirirlər”.