10 C
Baku
Monday, December 9, 2024

Distant iş tendensiyası – “King’s College London”un hesabatı

Böyük Britaniyada aparılan araşdırmaya görə, londonlular siyasətçilərin, müdirlərin və medianın nə deməsindən asılı olmayaraq gələcəyin hibrid işləmə modelində olduğunu düşünürlər. London Kral Kolleci (King’s College London) Siyasət İnstitutunun araşdırması sübut edir ki, londonlular evdən işləməkdən həzz alırlar. İşçilərin fikrincə, pandemiyadan öncəki beş günlük ofis həyatına qayıtmaq yaxşı fikir deyil.

London Kral Kollecinin çərşənbə günü açıqladığı hesabata görə, həftədə ən azı bir dəfə uzaqdan işləyən insanların 80%-i bundan olduqca məmnundur. Bu məmnunluğun səbəbi işçilərin yeni qaydada həyatlarını daha asan təşkil etmələri və işə gedib-gəlmək yükündən qurtulmalarıdır. Sorğuda iştirak edənlərin üçdə ikisi bildirir ki, yeni dövr onlara ev və ailə nizamlarını daha yaxşı idarə etməyə kömək edir.

Qeyd edək ki, 2015-ci ildə London Kral Kolleci şəhərdən kənarda yaşayan və iş yerinə getmək üçün “səyahət” etməli olan insanlar arasında aparılan sorğu iş modellərinin təsirinə diqqət yetirən ilk sorğu olmuşdu.

Araşdırmanın nəticələrinə görə, londonlular həftədə bir və ya iki gün evdən işləməyin həyat keyfiyyətini yaxşılaşdırdığını deyirlər. London Kral Kollecinin Dövlət İdarəçiliyi professoru Mark Kleinman deyir: “Siyasət və media evdən işləməyin daha az işləmək olub-olmadığını müzakirə edir, lakin insanların böyük əksəriyyəti siyasi baxışından, yaşından, cinsindən və statusundan asılı olmayaraq bu fikirlə razılaşmır”.

Sorğunun nəticələrinə ətraflı nəzər saldıqda görünür ki, respondentlərin beşdə üçü ofisə daha tez-tez gəlmək məcburiyyətində olsalar, bundan məmnun olmayacaqlarını deyirlər. Maraqlısı odur ki, bu insanlar ofisdə işləyərkən özlərini hələ də yaxşı hiss edirlər. Evdən işləməyin ən böyük üstünlükləri arasında gediş-gəlişin olmaması, ev və ailə məsuliyyətlərini daha asan idarə etmək və həyatlarının kontrolunu idarə etmək hissidir.

İndi Londonda pandemiyadan əvvəl ilə müqayisədə daha çox insan distant işləyir. Ancaq bu dövrdə heç də hər şey müsbətə doğru getmir. Respondentlərin böyük əksəriyyəti distant işləməyi təşviq edən yeni qaydaların gənclərin karyerasına mənfi təsir göstərdiyini bildirirlər. Sorğudan ortaya maraqlı nəticə çıxınb. Belə ki, işçilərin yalnız 27%-i deyir ki, müdirləri onları evdən işləməyə təşviq edir. Lakin respondentlərin 50%-i yüksək səviyyəli menecerlərin müntəzəm olaraq evdən işlədiyini deyir. Bu, hazırda rəhbər vəzifəli şəxslər ilə gənc nəsil arasında əlaqənin kəsildiyini açıq-aydın göstərir.

Distant iş tendensiyası londonluların ofislərini bəyənmədikləri anlamına gəlmir. Hesabata görə, işçilərin 60%-indən çoxu ofisdə özlərini yaxşı hiss etdiklərini, yalnız 15%-i isə ofisdə olmağı sevmədiklərini bildirib.

Son xəbərlər
Digər xəbərlər