Distant iş üçün ən yaxşı şəhərlər seçilib – Top 10-luq

“Nestpick” komandası distant iş üçün dünyanın ən yaxşı şəhərlərini seçib. Siyahının tərtib edilməsi zamanı “yaşayış üçün ən uyğun” şəhərlər götürülüb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Daha sonra onlar iyirmi meyara görə təhlil edilib: mənzil xərcləri, təhlükəsizlik, internetin sürəti və s. Eyni zamanda ölkədəki epidemioloji vəziyyət də nəzərə alınıb.

Ən yaxşı şəhərlərin Top 10-luğu:

1. Melburn, Avstraliya

2. Dubay, BƏƏ

3. Sidney, Avstraliya

4. Tallin, Estoniya

5. London, İngiltərə

6. Tokio, Yaponiya

7. Sinqapur, Sinqapur

8. Qlazqo, Şotlandiya

9. Monreal, Kanada

10. Berlin, Almaniya

Bununla yanaşı, reytinqin tərtib edilməsində ölkənin frilanserlər üçün xüsusi vizaların olub-olmadığı da nəzərdən keçirilib (Digital Nomad Visa). Tam siyahı ilə burada tanış ola bilərsiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.