22 C
Baku
Friday, July 1, 2022

Distant işləyərkən özünü motivasiya etməyin 7 yolu

Distant iş həm də özünü tonusda saxlamağın çətinliyi ilə məşhurdur. Ümumdünya Səhiyyə Təşkilatı bu il rəsmi olaraq distant çalışanlar arasında tükənmənin böyük bir problemə çevrildiyini qəbul etdi.

Harvard Business SchoolStanford University-nin müəllimlərinin apardıqları araşdırmada göstərilir ki, təkcə ABŞ-da tükənmə işəgötürənlərə ildə təxminən 125-190 milyard dollara başa gəlir. İşçilər daha tez-tez xəstələnir, məzuniyyət götürür, nəticədə işin səmərəliyi azalır, səhvlərin sayı isə əksinə, artır.

Tükənmə xüsusilə Yeni il ərəfəsində və ondan sonrakı ilk həftələrdə, yəni istirahətə ehtiyacınız olduğu dövrlər üçün xarakterikdir. Belə olduqda, motivasiyanı necə itirməmək olar? Bütün günü yatmamaq və istirahət etməmək, eyni zamanda hər şeyə nəzarət edən müdiri qane edəcək nəticələr göstərmək?

1. Həyatını bölmək

Bir çox işçi üçün evdə yaxşı işləməyi təmin edən əsas aspektlərdən biri də budur. Sizi iş əhval-ruhiyyəsinə salan “rituallar” yaradın. Məsələn, pandemiyadan əvvəl səhərlər duş qəbul edirdiniz, əyninizə təmiz paltar geyinirdiniz və özünüzə qəhvə bişirirdiniz. Bu ritualı indi də təkrar edin.

Əgər heç bir ev heyvanınız, digər maraqlarınız yoxdursa və tamamilə tək yaşayırsınızsa, bu tövsiyəyə əməl etməyə bilərsiniz. Belə ki, maraq dairəniz tək işdən ibarətdirsə, həyatı bölməyə ehtiyac yoxdur. Digər hallarda müəyyən ənənəyə riayət etməlisiniz. Bədəniniz işləmək vaxtının olduğunu başa düşməlidir. Və əlbəttə ki, uğurlu iş üçün özünüzü mükafatlandırın. Ərzaq almağa və gəzintiyə gedin, dadlı bir şey yeyin.

İstəsəniz, əsas işinizi 4-5 fraqmentə bölə bilərsiniz. Bəziləri üçün 20 dəqiqədən bir qısa fasilələr daha effektiv olur, bəziləri üçün isə bir saatdan bir ara vermək məqsədəuyğundur. İstənilən halda iş bölgüsü – uzun müddət səmərəli işləmək üçün yeganə yoldur.

2. YouTube-a baxmaq

Distant işləyəndə istirahət etmək vacibdir. Buna baxmayaraq, çox vaxt ara verməyə vaxt tapa bilmirik. Əgər siz də bu problemdən əziyyət çəkirsinizsə, fikrinizi dağıtmaq üçün YouTube-da 5-10 dəqiqəlik videolara baxa bilərsiniz.

Kiməsə TED Talks, kiməsə isə Toni Robbinsin videoları kömək edir. İstənilən halda YouTube motivasiyanın sonsuz və ən əsası pulsuz (!) mənbəyinə çevrilə bilər.

3. Aktiv ünsiyyət

Əgər həyatınızda ən azı həftədə bir dəfə yeni bir şey baş verirsə, tükənmə ilə mübarizə aparmaq daha asan olacaq. Məsələn, həftədə 2-3 dəfə dostlarınızla görüşə bilərsiniz. Əlbəttə, distant işləyərkən canlı ünsiyyət qurmaq çətindir, buna görə əlinizdə düşən fürsətlərdən mütləq istifadə edin.

Heç kim sizə hər gün bara getməyi və sərxoş olmağı demir. Müasir dövrdə ünsiyyət hətta bir oyun daxilində belə qurula bilər.

4. Yeni biliklər əldə etmək

İşiniz və ya hobbinizlə bağlı yeni biliklər əldə etməklə həm özünüzü inkişaf etdirirsiniz, həm də güclü motivasiya alırsınız. Əgər hər hansı bir sahədə zəif olduğunuzu hiss edirsinizsə, karantin rejimi təhsil üçün ən uyğun dövrlərdən biridir!

Misal olaraq, Masterclass.com saytını göstərə bilərik. Orada profilinizə uyğun olan dərslər tapacaqsınız.

5. Müntəzəm məşqlər

Müasir dövrün ən müvəffəqiyyətli ingilis dilli yazıçılardan biri Marqaret Etvud kürək məşqlərini etməyi tövsiyə edir. Qaçış, jim, yoqa – çeşid genişdir. Fiziki hərəkətlər həm bədəni, həm də beyini inkişaf etdirir.

Statistikaya görə, gərgin iş zamanı ən yaxşı idman növü üzgüçülükdür.

6. Daimi dissiplin

Dissiplin – çox güclü silahdır. Bunu on üç yaşadək min uşağın iştirakı ilə aparılan 40 illik tədqiqatın nəticələri təsdiq edir. Sınaqlar 70-ci illərin əvvəllərində, daha sonra 2011-ci və 2012-ci illərdə keçirilib. Məlum oldu ki, uşaqların uğur qazanmasına emosional dayanıqlıq, IQ səviyyəsi və zəngin və ya kasıb ailədə dünyaya gəlməsi təsir göstərir.

Hər şeydən əvvəl, uşağın gələcək uğuru özünü idarə etmək qabiliyyəti müəyyən edin. Distant çalışan işçilərə heç kim nəzarət etmir. Nəticədə, o özünü gərgin rejimdə işləməyə təkbaşına məcbur etməlidir.

7. Unutmayın ki, ofis sizin düşməninizdir

Əgər distant işin uzun müddət ərzində (ən ideal halda bir ömür boyu) səmərəli olmasını istəyirsinizsə, nədən imtina etdiyinizi başa düşməlisiniz və bundan məmnun olmalısınız.

Doğrudur, həm ofisin (offlayn iş), həm də distant rejimin öz üstünlükləri və çatışmazlıqları var. Lakin, buna baxmayaraq, offlayn işlədiyiniz zaman bu kimi çətinliklərlə qarşılaşacağını nəzərə almalısınız: şirkətin siyasəti, iclaslar, kiçik otaqlar, hər gün işə gedib-gəlmək zərurəti. Siz bunun vaxt itkisi olduğunu hiss etməlisiniz. Pulsuz nahar və qəhvə sizə bir qədər qənaət etməyə imkan versə də, sağlam ev yeməklərini əvəz edə bilməz.

Əgər distant işləyərkən effektiv olmaq istəyirsinizsə, ilk növbədə məşğuliyyətinizi sevməlisiniz.

Son xəbərlər
Oxşar xəbərlər