12 C
Baku
Tuesday, November 19, 2024

Distant işləmək istəyənlər bu sektorlara axın edir

Pandemiya başlayandan bəri bir çox sektor işə tamamilə yeni və fərqli bir şəkildə baxmaq məcburiyyətində qaldı. Nəticədə distant işləmək uzunmüddətli effekti olan və ümumiyyətlə, bəyənilən bir model kimi önə çıxdı. Distant iş modeli ilə nəzərəçarpacaq dərəcədə böyüyən bəzi sektorlar digər sektorlardan olan işəgötürənləri və işçiləri də ruhlandırdı.

Distant iş, pandemiya zamanı və ondan sonra xüsusilə işəgötürənlər və işçilər arasında daim müzakirə olunur. Nəhəng texnologiya şirkətlərindən investisiya banklarına qədər bir çox böyük şirkət işçilərini ofisə qayıtmağa dəvət edir, işçilər isə distant işləmək imkanını şərt olaraq irəli sürür. Böyük Dördlükdəki (Big Four) “Böyük istefa” dalğasından sonra daha da ürəklənən işçilər, iş yerlərindəki üstünlüklərini rəhbərlərinə qarşı istifadə edə bilərlər. “McKinsey” sorğusunun nəticələrinə görə, amerikalıların 87%-i şans verildiyi təqdirdə çevik qrafiklə işləməyi seçir. Onlar ofisə gedib-getməməyi işçilərin seçməli olduğu fikrini müdafiə edirlər.

Banker.az xəbər verir ki, ABŞ-ın “FlexJobs” iş axtarış saytının on minlərlə işi təhlil edərək əldə etdiyi nəticələrə görə, distant işin əhəmiyyətli dərəcədə artdığı sektorlar da bu metodun davam edib-etməyəcəyi ilə bağlı bəzi işarələr verir.

Araşdırmaya görə, 2021-ci ilin ikinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarımilində siyahıya alınmış tam ştatlı distant iş yerləri sayəsində sürətlə böyüyən iş yerləri müəyyən edilib. “Fortune”dan Kloe Bergerin xəbərinə görə, bu müddət ərzində distant işlər 22% artıb.

“FlexJobs” distant işləmək metodunu ən tez və çevik qəbul edən sektorları müəyyən etmək üçün apardığı araşdırmaya mühasibat, marketinq, layihələrnin idarə edilməsi və informasiya texnologiyaları kimi distant iş siyahılarında üstünlük təşkil edən böyük sektorları daxil etməyib. “FlexJobs” tam ştatlı distant işləməyin mümkün olduğu 8 iş sahəsini müəyyən edib (bu sektorlarda distant işləmək imkanı 45% artıb):

  • Tədbirlərin planlaşdırılması;
  • Səyahət xidmətləri;
  • Qeyri-kommersiya təşkilatları / Xeyriyyəçilik;
  • Tibbi tədqiqat;
  • Rabitə;
  • Sənət və yaradıcılıq;
  • Xəbər və jurnalistika;
  • Hüquq.

Maraqlıdır ki, tədbirlərin planlaşdırılması, səyahətlə bağlı klassik xidmət sahələri sorğunun nəticələrinə görə ilk iki sırada yer alır. Bu statistika distant işin daimi ola biləcəyinə işarə hesab olunur. Həmçinin, bu sektorlardakı distant işlər tədbir menecerləri və işgüzar səyahət satış menecerlərində olduğu qədər müştərilərlə üz-üzə ünsiyyət tələb etmir.

Bəzi araşdırmalar göstərir ki, insanlar ofisdən kənarda işləyərkən onların məhsuldarlığı artır. Stanford Universitetinin araşdırmasına görə, 2020-ci ildə distant çalışanlar ofisdə işləyənlərdən 4% daha məhsuldar idilər, 2022-ci ildə isə distant işləyən işçilər ofisdə işləyənlərdən 9% daha məhsuldardırlar.

 

Son xəbərlər
Digər xəbərlər