“Carçıoğlu Group” MMC-nin xalis mənfəəti son təqdim edilmiş hesabatda 87 min manat təşkil edib ki, bu da öncəki ilin 298 min manat xalis mənfəətindən 71% azdır.
Banker.az bunu şirkətin 2023-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə əməliyyat gəlirləri kəskin artaraq 8,14 milyon manata yüksəlib, 2023-cü ilin 4,91 milyon manatı ilə müqayisədə 66% artım göstərib. Sair əməliyyat gəlirləri isə 664 min manat olub və əvvəlki dövrün 1,33 milyon manatından 50% azalıb. Bununla belə, istifadə edilmiş material ehtiyatlarının dəyəri 6,83 milyon manata çataraq 2023-cü ilə nisbətən 72% artıb. İşçi heyəti üzrə xərclər 415 min manat olub ki, bu, əvvəlki dövrün 716 min manatından 42% azdır. Amortizasiya və digər əməliyyat xərcləri isə müvafiq olaraq 615 min manat və 645 min manat təşkil edib.
Nəticədə, gəlirlər kəskin artsa da, xalis mənfəətin az olmasının əsas səbəbi istifadə edilmiş material ehtiyatlarının və digər əməliyyat xərclərinin böyük artımıdır.
Xatırladaq ki, 1997-ci ildə təsis olunan “Carçıoğlu Qrup” MMC qısa müddətdə Azərbaycan bazarında distributor kimi mövqeyini tutub və uğurla bu sahədə fəaliyyətini davam etdirir. Şirkət 20 ölkədən idxal etdiyi məhsulları paytaxt və rayonların bütün satış şəbəkələrinə təchiz edir. Şirkətin 80 manat nizamnamə kapitalı var. Onun rəhbəri Elçin Carçıyev Murtuz oğludur.