25 C
Baku
Friday, April 19, 2024

Diversifikasiya ona hər nömrədən 55 avro qazandırır

2018-ci ilin noyabr ayında Türkiyədə otellərin doluluğu ötən ilin eyni dövrünə nəzərən 1,5% artaraq 63,7%-ə, 2018-ci ilin ilin 11 ayında da 10,3% artaraq 66,7%-ə yüksəlib.

Türkiyənin Mehmanxanalar Birliyinə istinadən xəbər verir ki, 2017-ci ilin noyabr ayında İstanbulda 66,2% olan doluluq nisbəti, 2018-ci ilin noyabr ayında 4,2% artaraq 69% olub. Digər tərəfdəndən də ümumi otaq sayı üzrə hər bir otaqdan əldə olunan gəlir ötən ilə nisbətən 22% artaraq 54,8 avroya yüksəlib.

2018-ci ilin ilk 11 ayının nəticələrində  İstanbulda doluluq nisbəti  əvvəlki ilə görə 13,4% yüksəlib. Otaq başına əldə olunan gəlir baxımından 25% artımın olduğu  İstanbul, Moskvadan sonra ən çox artıma görə 2-ci yeri tutub.

Diversifikasiya nədir?

Antalyada da otellərin doluğuğu yüksəlib. 2018-ci ilin noyabr ayında Antaliyada otel doluluqları ötən ilin eyni dövrü ilə müqayisə də 10,3% artaraq 59,6% olub.

Otellərdə qiymətlər də yüksəlib. Belə ki, noyabr ayında otellərdəki bir otağın qiyməti 13,9% artaraq 63,0 avroya, ümumi otaq sayına nəzərən hər bir otaqdan ələd olunan gəlir  isə 15,6% artaraq 40,1 avroya yüksəlib.

Türkiyə Mehmanxalanalar Birliyi (TÜROB) Başçısı Timur Bayındır, «otellərin dolması faizinə görə Avropa ortalamasına yaxınlaşmışıq, lakin buna baxmayaraq hər bir otaqdan əldə olunan gəlirə görə isə ortalamanın yarısıındayıq»-deyib.

Qeyd edək ki, Avropada  11 aylıq dövrdə doluluq nisbəti 73,3%, ortalama gündəlik  satılan otaq qiyməti 111,8 avro, ümumi otaqların sayına görə isə bir otaqdan əldə olunan gəlir 81,9 avro idi: «İstanbulda başlayan bazar diversifikasiyası sürətlə davam edir, və bu da qiymətlərlə müsbət təsir edir. Biz hələ Avropanın orta səviyyəsinə çatmışıq. Gələcək aylarda davam edən yüksəliş tendensiyasını gözləyirik»-deyə Timur Bayındır bildirib.

©fed.az

Son xəbərlər
Digər xəbərlər