18 C
Baku
Thursday, April 18, 2024

Dividend gəlirlərinə hansı vergi güzəşti tətbiq olunur?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə ödənilən dividenddən vergi tutulurmu?

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin dividend gəlirləri cari ilin yanvarın 1-dən bir il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, fiziki və hüquqi şəxslərin dividend gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər