Dizayn olduqca mühüm və tutumlu anlayışdır. Ona həm məhsul və xidmətlərin dizaynı( yəni layihənin düzəldilməsi) , həm qrafiki dizayn(tərtibat), həm də interyerin dizaynı aiddir. Dizayn uğurumuza hazırlaşmaq üçün alət dəsti və çoxlu sayda ideyalar verir. Yalnız menecerlər, təəssüflər olsun ki, dizaynın nə olduğunu nadir halda anlayırlar və adətən, onu qiymətləndirmirlər. Ən yaxşı halda onlar dizaynı üsluba bərabər tuturlar. Üslub şübhəsiz ki , mühümdür məsələn, bir sıra tanınmış şirkətlər öz uğurunu məhz üslubuna borcludur.
Üslub (xarici görünüş anlamında ) həqiqətən bir sıra məhsullar üçün böyük əhəmiyyətə malikdir. Üslub məhsulu bazarda mövcud olan analoqlardan fərqləndirən əlamət rolunda çıxış edə bilər.
Lakin dizayn yalnız məhsulun xarici görkəmi anlamına gəlmir. Xoşagəlimli xarici görünüşdən savayı , bir sıra başqa şərtlərə də əməl edilməlidir. Yaxşı dizaynlı malın :
- Asanlıqla açılması
- Asanlıqla Yığılması
- Asanlıqla Mənimsənilməsi
- Asanlıqla Düzəldilməsi
- Asanlıqla İşlənməsi
- İstifadə müddəti bitdikdən sonra asanlıqla yox edilməsi
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, istənilən məhsulu yaradarkən, müştərinin onu əldə edərkən , işlədərkən və ləğv edərkən hansı çətinliklərlə üzləşə bilmək ehtimalını nəzərə almaq lazımdır. Ən əsası məhsulun hədəfləndiyi müştərilərin potensialını bilməkdir. Məslən ,məhşur avtomobil şirkəti, əsas etibarı ilə qadınlara tuşlanmış maşınları hazırlayarkən, mühəndisləri qapıların rahat açılıb- örtüldüyünü sınaqdan keçirtmək üçün barmaqlarına süni dırnaq taxmaqdan belə çəkinməmişlər.
Dizayn xidmət sahəsi üçün də çox əhəmiyyətlidir.müəyyən tanınmış bir kafe , restorana gedin və siz burada interyer dizaynın necə rol oynadığını anındaca anlayacaqsınız. Piştaxtalar, istifadə olunmuş parlaq rəglər, zərif faktura həmən özünü göstərəck.
Filip Kotler-in kitabından.
Aliyə NURUYEVA