11 C
Baku
Wednesday, November 13, 2024

Dizel “Cadillac” və “Chevrolet” avtomobillərinin satışı dayandırılıb

“General Motors” avtomobil konserni yarımkeçiricilər çatışmazlığı səbəbindən dizel “Cadillac” və “Chevrolet” avtomobillərinin satışını dayandırıb.

Banker.az bu barədə “Secrütmag”a istinadən xəbər verir.

Şirkət işçilərini bütün diqqəti benzin modifikasiyaların (V8 5.3 L84 və V8 6.2 L87) satışına yönəltməyə çağırıb.

Qeyd edən ki, son illərdə yarımkeçiricilər çatışmazlığı bir neçə şirkəti avtomobil istehsalından imtina etməyə məcbur edib. Daha əvvəl “General Motors” Miçiqan ştatında yerləşən “Orion” zavodunda “Chevrolet Bolt” və “Bolt EUV” avtomobillərinin istehsalını bir həftə müddətində dayandırdığını açıqlayıb.

“GM” nümayəndələri mikroçip çatışmazlığı problemi ilə avtomobil çiplərinin əsas yerli istehsalçısı olan “TSMC” şirkətinə müraciət etsə də, tədarükün təmin edilməsində heç bir yardım ala bilməyib.

“General Motors” –ABŞ-ın 1908-ci ildə yaradılmış ən böyük avtomobil korporasiyasıdır. Hal-hazırda konsern “Buick”, “Cadillac”, “Chevrolet” və “GMC” markalarına sahibdir.

Son xəbərlər
Digər xəbərlər