10 C
Baku
Thursday, December 12, 2024

Dizel yanacağı istehsalı 9% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 800,8 mln. manat təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,7% azalıb.

Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 1 041,9 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2,5% azdır. Bu il dekabrın 1-nə ölkədə 36,3 min ton hazır benzin ehtiyatı olub.

Bu ilin 11 ayı ərzində 222,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1 911,2 min ton dizel yanacağı, 118,5 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 24,2%, dizel yanacağı istehsalı 8,9%, yanacaq mazutu istehsalı 27,8% çoxdur.

Hesabat dövründə ölkədə 537,6 min ton ağ neft, 21 min ton sürtkü yağları, 229,1 min ton neft bitumu, 218,7 min ton neft koksu istehsal edilib.

Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3%, sürtkü yağlarının istehsalında 81,6%, neft bitumunun istehsalında 16%, neft koksunun istehsalında 2% azalma qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər