17 C
Baku
Monday, April 29, 2024

DJ Vugarixx: İncəsənət, həvəs və yaradıcılıq

®Ritmlərin vahid harmoniyaya qovuşduğu və musiqi notlarının sehrli atmosfer yaratdığı maraqlı musiqi sənəti dünyasına xoş gəlmisiniz. Bu dəfə diqqət mərkəzində mükəmməl keçidlərin ustadı, yeni musiqi sərhədləri açmağı və ritm sehri ilə insanları ruhlandırmağı bacaran incəsənət dahisi DJ Vugarixxdir. Gəlin onun musiqiyə olan həvəsinin DJ-lik sənəti ilə birləşdiyi unikal dünyasına dalaq və DJ Vugarixx-in necə DJ olduğunu və onun peşəkar fəaliyyətində hansı texnikalardan istifadə etdiyini öyrənək.

Özünüz haqqında danışın.

Salam. Mən Vüqar Əhmədov. Amma məni daha çox DJ Vugarixx kimi tanıyırlar. Artıq 10 ildən çoxdur ki, DJ və musiqi prodüseri kimi fəaliyyət göstərirəm. Uşaqlıqdan musiqiyə, əsəsən də hip-hop musiqisinə olan marağım nəticədə məni bu sahəyə gətirib çıxartdı.

Peşəkar yol

Hər hansı bir sahəyə çox ciddi və güclü bir maraq varsa, o sahəni öyrənmək üçün indiki zamanda bütün resurs və şəraitlər var. Mənim yolum da eyniylə, hər şeyi araşdıraraq, internetdə “surfing” edərək sevdiyim işi öyrənməyimlə başladı. Qısacası, ən əsası istək olmalıdır. Qalan şeylər sadəcə zaman tələb edir.

İdeal DJ kimdir?

İdeal və professional DJ anlayışı bir az nisbi anlayışdır və hər kəs üçün fərqli ola bilər. Mənim üçün bu, özü də musiqi yaratmağı bacaran, kütlənin və onların energetikasını hiss edə bilən, həmçinin musiqi janrlarını çox əla tanımaqla yanaşı, gözəl musiqi zövqünə sahib olan biridir. Bunları topladıqda və üstünə də işə olan sevgini gəldikdə professional anlayışı yaranır. Təbii ki, qulağa xoş gələn keçidlər etmək də öz yerində. Bu işdə Apple məhsullarının, əsasən də MacBook-un verdiyi motivasiya əvəzsizdir. Musiqi və DJ-lik sənəti sahəsində mənim əsas köməkçim və xilaskarım iş prosesində bütün ehtiyac və istəklərimi qarşılayan notbukumdur.

Hansı funksionallıq bu cihazları işinizdə əvəzolunmaz edir? Niyə məhz bu notbuku seçdiniz?

Musiqi sahəsində və DJ-lik sənətində MacBook insanda çox qəribə bir özgüvən yaradır.

Misal üçün canlı çıxış zamanı MacBook Pro-ya hər zaman güvənmək olur. Arxayınsan və bilirsən ki, donmayacaq, proqramın işləməyində hər hansı bir çətinlik yaranmacaq. Belə olduqda DJ çıxışı zamanı yalnız öz işinə fokuslana bilir və əlavə qayğıları qalmır.

Məhz buna görə də dünyadakı bir çox profesional DJ-lər və musiqiçilər MacBook Pro-nu seçir.

2 8

Yaradıcı insanlar daha çox həssas olduqları üçün incə dizayn detalları və minimallığa, hər şeyin asan dildə və başa düşülən olmasına çox böyük önəm verirlər. MacBook Pro bu barədə də ideal seçimdir.

O sizə həm gündəlik istifadədə, həm də işlərinizin rahatlıqla görülməsi üçün əla bir dost ola bilir.

Daha öncə də qeyd etdiyim kimi MacBook, digər Apple məhsulları və ümumilikdə Apple eko-sisteminin istifadəsi zamanı insana verdiyi özgüvən və motivasiya hissi şəxsən mənim üçün əvəzolunmazdır.

DJ olmaq istəyənlərə nə məsləhət görərdiniz?

Həvəsinizin dalınca gedin, musiqi ilə təcrübələr aparın və fərqlənməkdən qorxmayın. Yeni texnikaları öyrənin, digər musiqiçilərlə əlaqə qurun, prosesdən həzz alın və əlbəttə ki, bunun üçün düzgün texnika seçin – düzgün avadanlıq və proqram təminatı əldə etmək DJ kimi irəliləmək üçün əsas addımlardan biridir.

3 6

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər