“Rusiya ona və vətəndaşlarına yaraşan dünya nizamı uğrunda mübarizəni davam etdirəcək”.
TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Qərb bizi “tərbiyə edə bilməz”. Rusiyanı itaət etdirə, parçalaya bilməzlər. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları indiki gərgin vəziyyətə səbəb olub” – o bildirib.
Medvedev vurğulayıb ki, Qərb ölkələrinin Rusiyaya qarşı davranışı cinayətdir:
“Onlara lazım olanda hər şeyə, o cümlədən Donbasda dinc əhalinin öldürülməsinə göz yuma bilərlər. Kimsə onların əmrinə tabe olmayanda isə Rusiya günahkar olur”.