8 C
Baku
Monday, November 18, 2024

Medvedevdən McDonald’s-a cavab: “Kotlet və çörək özümüz də istehsal edə bilirik”

Rusiya Federasiyası Təhlküəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “McDonald’s” restoranlar şəbəkəsinin Rusiyada bağlanması xəbərinə münasibət bildirib.

Medvedyev “Vkontakte” sosial şəbəkəsindəki hesabında dünyanın məşhur “fast-food” brendlərindən olan “McDonald’s” barədə belə yazıb.

“Axı biz özümüz əla keyfiyyətli “kotlet” və “çörək” istehsal edə bilərik. Yeri gəlmişkən, bunu sanksiyalar altında olan iş adamları edə bilər. McDonald’s-a salam!”- deyə Rusiyanın eks-prezidenti vurğulayıb.

Qeyd edək ki, “McDonald’s”ın rəhbərliyi Rusiyada 850 restoranının müvəqqəti olaraq fəaliyyətini dayandırması barədə qərar verib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər