28 C
Baku
Saturday, July 27, 2024

Dmitri Peskov: Putinin Azərbaycan və Türkiyə ilə bağlı danışıqlar üçün dəqiq bir planı yoxdur

Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə verdiyi açıqlamada Dağlıq Qarabağdakı münaqişə ilə bağlı nə Azərbaycan, nə də Türkiyə ilə əlaqə çatışmazlığının olmadığını bildirib.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, ölkələr arasında dialoq yüksək səviyyədə təşkil olunub.

Ölkə liderləri arasında telefon danışıqları onların iş qrafikinə uyğun tənzimlənir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu, prezidentlərin iş qrafikindən və məqsədəuyğunluqdan asılıdır. Bilirsiniz ki, bu Rusiya tərəfinin işgüzar əlaqələrdə hər hansı bir çatışmazlıq yaşadığı anlamına gəlmir”, – Peskov söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi kəskinləşəndən Ermənistanın baş naziri Nikol Paşinyan ilə üç dəfə danışıb, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev ilə isə heç danışmayıb.

Son xəbərlər
Digər xəbərlər