28 C
Baku
Saturday, July 27, 2024

Dmitri Peskov: “Putinlə Lukaşenko Uzaq Şərqdə görüşəcək”

Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Uzaq Şərqdə görüşəcək.

TASS xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov aprelin 11-də jurnaslitlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və ikitərəfli əlaqələrə dair məsələləri müzakirə edəcəklər: “Görüşün sonunda hər hansı sənədin imzalanması planlaşdırılmır”.

D.Peskov əlavə edib ki, Rusiya və Belarus prezidentləri Şərq kosmodromuna baş çəkəcək və onun gələcək inkişafını müzakirə edəcəklər. Mətbuat katibinin sözlərnə görə, görüş iki hissədən ibarət olacaq. V.Putinlə A.Lukaşenko günün birinci yarısında Mokvada görüşəcək. Müzakirələrin ikinic yarısı isə Blaqoveşşenskdə keçiriləcək.

Qeyd edək ki, Kremlin sözçüsü bir müddət əvvəl bildirmişdi ki, Rusiya və Belarus prezidentləri aprelin 12-də kosmonavtika günü Amur vilayətindəki Şərq kosmodramuna baş çəkəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər