Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstanla bağlı keçiriləcək G-20 ölkələrinin sammitində iştirak etməsi istisna deyil.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Sergey Lavrovun Romaya səfəri zamanı sammitin təşkili məsələləri də müzakirə edilib.
Sözçü həmçinin Əfqanıstanın ölkədən qaçmış dövlət başçısı Əşrəf Qaninin Rusiya Prezidenti ilə danışmadığı barədə məlumat verib.