17 C
Baku
Wednesday, October 5, 2022

“Dodge” məşhur modellərinin istehsalını dayandıracaq

ABŞ-ın “Dodge” avtomobil şirkəti 2023-cü ildə “Challenger” və “Charger” modellərinin istehsalını dayandıracaq.

Avtomobil istehsalçısı diqqətini elektromobillərin buraxılışına yönəltmək niyyətindədir.

Şirkətdən verilən məlumata görə, 2023 model ili olan avtomobillərin hamısının kapotunun altında “Last Call” (Son Zəng) yazısı olacaq.

“Dodge”un baş direktoru Tim Kuniskis bəyan edib ki, “Charger” və “Challenger” adları 2024-cü ildə buraxılması planlaşdırılan elektrik avtomobilləri üçün istifadə oluna bilər.

MənbəOxu.az
Son xəbərlər
Oxşar xəbərlər