-1 C
Baku
Sunday, December 15, 2024

“Doğan Ay” əmtəə nişanlı şalğam suyunda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Xəyyam Məhəmməd oğluna məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Banker.az xəbər verir ki, ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 ml olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

3 5 2 7 1 6

Son xəbərlər
Digər xəbərlər