5 C
Baku
Friday, March 29, 2024

“Dogecoin” son bir gündə 23% bahalaşaraq tarixi maksimumu yeniləyib

“Dogecoin” kriptovalyutası son bir gündə 23% bahalaşıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Qeyd edək ki, “Binance” kriptobirjasında onun qiyməti 0.73 dollar təşkil edir. Ümumilikdə, kriptovalyutanın dəyəri son bir ay ərzində 112% bahalaşıb ki, bu da ona ən çox kapitallaşmış kriptovalyutalar siyahısında dördüncü yeri tutmağa imkan verib.

Verilən məlumata görə, “Dogecoin”in böyüməsinə “Tesla” şirkətinin CEO-su İlon Maskın “NBC” kanalının “Saturday Nigth Live” şousunda iştirak etməsi təsir göstərib. Xatırladaq ki, şou 9 may tarixində saat 7:30-da başlayır.

Bundan əlavə, İlon Maskın 7 may tarixli paylaşımı digər sikkənin – “Shiba Inu”nun bahalaşmasına səbəb olub. Sahibkar öz “Twitter” səhifəsində siba-inu cinsindən olan it almaq istədiyini yazıb. Bu xəbərdən sonra “Shiba Inu” altkoini sürətlə artmağa başlayıb və bir saatda 68% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər