15 C
Baku
Sunday, October 6, 2024

Doğru vərdiş, doğru həyat!

Mütaliəyə daha çox zaman ayırmaq:

Televizor və yaxud kompüter qarşısında boşa keçirdiyiniz saatları faydalı və maraqlı kitab oxumaq ilə əvəz etmək barədə düşünün. Bu dostlarınız əhatəsində ən ağıllı insan olmağınıza zəmanətdir. Hər şey özlüyündən yoluna düşməyə başlayacaq. Mark Tvenin belə bir sitatı var: “Yaxşı kitab oxumayan insanın, ümumiyyətlə oxumağı bacarmayan insandan heç bir üstünlüyü yoxdur”.

Sadələşdirmək:

Mümkün və lazım olan hər bir şeyi sadələşdirməyi bacarmaq lazımdır. Bu bütün lazımsız fəaliyyətlərdən uzaqlaşmaq deməkdir. Özlüyündə bu elə də sadə məsələ deyil. Lakin bu proses yaddaşı təmizləyir, lazımsızlıq, narahatlıq hissini və stressi yox edir.

Məşqlər:

Fəallığın olmaması istənilən insanın sağlamlığına xələl gətirir. Fizişi məşqlərə zaman ayıra bilmədiyini deyən insanlar gec və yaxud tez xəstəlik üçün vaxt tapacaqlar.  Sağlamlığınız əsas uğurunuzdur.

Əhatəniz:

Bu ən vacib vərdişdir. Bu uğurunuzu başqa heç bir şeyin bacarmadığı şəkildə sürətləndirəcək. Motivasiyası yüksək, yaradıcı ideyalı və lazımi anda lazımi dəstəyi göstərə biləcək insanların əhatəsində olmaq ən yaxşı vərdişdir.

İnadkar olun:

Yalnızca 303-cü bank Walt Disney-ə Disneyland yaratmaq üçün kredit verməyə razı olmuşdu. Edison 10 000 uğursuz cəhddən sonra elektrikli lampanın yaradılmasına nail olmuşdu. Elə isə inadkarlıq ən mühüm vərdişiniz olsun!

Son xəbərlər
Digər xəbərlər