17 C
Baku
Friday, May 3, 2024

Doha-Bakı-Doha reyslərinin sayının artırılacağı gözlənilir

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
«Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir», – deyə Cahangir Əsgərov qeyd edib.
Son xəbərlər
 ⁠
Digər xəbərlər