16 C
Baku
Tuesday, April 30, 2024

Doktorantura təhsilində YENİLİK

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə bəzi qərarlarında dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı” dəyişib. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun (AzETSPİ) bazasında Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyinin (“AzH və M” EİB) bazasında Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər