12 C
Baku
Saturday, November 23, 2024

“Dolce & Gabbana” təbii xəzdən imtina edir

İtaliyanın lüks brendi “Dolce & Gabbana” 2022-ci ildə kolleksiyalarında təbii xəzdən istifadəni dayandıracaq, şirkət “istehlakçıların zövqünün dəyişməsinə cavab olaraq” süni xəzə keçəcək.

Banker.az xəbər verir ki, “Dolce & Gabbana heyvanların xəzindən istifadə etməyən gələcək yaratmaq uğrunda çalışır. Dəb sistemi sosial məsuliyyətdə böyük rol oynayır, buna görə onu təşviq etmək lazımdır”, – deyə şirkətin kommunikasiyalar və marketinq direktoru Fedele Usai söyləyib.

Onun sözlərinə görə, brend öz kolleksiyalarında innovativ materialları birləşdirəcək və ekoloji cəhətdən təmiz istehsal proseslərini inkişaf etdirəcək. Daha əvvəl digər italyan brendləri də təbii xəzdən istifadədən imtina etdiklərini açıqlamışdı: “Armani”, “Gucci”, “Prada”, “Moncler”, “Valentino” və “Versace”. 2021-ci ildə İtaliya hökuməti xəz xəz üçün xəzli heyvanların yetişdirilməsini rəsmi olaraq qadağan edib.

Son xəbərlər
Digər xəbərlər