12 C
Baku
Saturday, November 23, 2024

Dollar əsas valyutalar qarşısında bahalaşmaqdadır

BANKER.AZ- ABŞ dolları həftənin cümə axşamına FED-in 3 noyabrdakı faiz dərəcəsi qərarını açıqlaması və yüksək keçici inflyasiyanın olması ilə bağlı fikrilərin təkrarlaması ardından bütün gözlər İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarındadır. Çünki, BoE mümkündür ki, əsas banklar içində ilk mərkəzi bank olacaq ki,  COVID-19 böhranından sonra faiz dərəcəsini qaldırmış olur.

Bildiyimiz kimi FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin noyabrın 3-ə üzrə iclası uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxladı və bu xəbərin ardından dolların 6 əsas valyuta səbəti qarşısındakı indeksi 0.425 bəndi (0.45%) artımla 94.278 bəndə çatmış oldu.

FED-in noyabr ayından etibarən istiqraz alışı proqramının azaldılmağa başlanılacağını və hər ay 120 milyard dollarlıq mövcud istiqraz alışı proqramının 15 milyard dollar azaldılacağını qeyd etdi.

Əlavə olaraq, FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7%-dən 5.9%-ə endirib və 2022-ci il üçün 3.3%-dən 3.8%-ə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3.4%-dən 4.2%-ə, gələn il üçün 2.1%-dən 2.2%-ə artırılıb.

Real zaman (Bakı vaxtı: 15:12) şəraitində EUR/USD cütlüyünün məzənnəsi 0.53% zəifləməklə 1.1547 səviyyəsinə, GBP/USD cütlüyünün məzənnəsi 0.35% zəifləməklə 1.3636 səviyyəsinə, USD/JPY cütlüyünün məzənnəsi 0.08% zəifləməklə 113.88 səviyyəsinə, AUD/USD məzənnəsi 0.28% zəifləməklə 0.7423 səviyyəsinə düşdüyü halda,             USD/CAD məzənnəsi 0.23% artmaqla 1.2415-ə, USD/CHF məzənnəsi 0.21% bahalaşmaqla 0.9133 səviyyəsinə qədər bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər