Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu.
Bu barədə iqtisadşı-ekspert Vüqar Bayramov öz fikirlərni bölüşüb: “Məqsədim heç də yenidən manatın möhkəmlənmə səbəblərinə toxunmaq deyil. Xatırlayırsınızsa manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurmaya bilməz.
Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil.
Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər.”