10 C
Baku
Saturday, March 25, 2023

Dollar Avropadan gələn “pis” xəbərlərlə bahalaşır

BANKER.AZ — Həftənin çərşənbə günü Avropadakı iqtisadi durumla bağlı hadisələrin yaxşı yöndə cərəyan etməməsi dolları əhəmiyyətli şəkildə dəstəkləməkdədir. İnvestorlar gələcəkdə monetar siyasətlərə dair rəhbərlik üçün iki günlük Federal Ehtiyatlar Sisteminin (FED) iclasındakı nəticələri gözləyirlər.

ABŞ dolları 6 əsas valyuta səbətinə qarşısında ölçülən indeksi 0.097 bənd artımla  (0.11%) 91.977 bəndə qədər irəliləyə bilib.

EUR/USD valyuta cütlüyünün məzənnəsi 0.0529% azalma ilə 1.1896, USD/JPY cütlüyü 0.1771% artımla 109.181, AUD/USD cütlüyü 0.2997% azalma ilə 0.7718, USD/CAD cütlüyü 0.25% artımla 1.2474 və GBP/USD cütlüyü 0.0295% artımla 1.3898 səviyyəsində olub.

FED həftənin çərşənbə günü iki günlük siyasi toplatısnı bitirəcək və COVID-19 vaksinasiyasının sürətlənməsi və 1.9 trilyon dollarlıq təşviqin ardında ABŞ iqtisadiyyatının böyüməsi üçün proqnozların yüksəldəcəyi gözlənilir.

Bununla bərabər, Avropadan hələ ki xoş sədalar gəlmir. Fransada peyvəndlərin baş tutmasına rəğmən, baş nazir ölkəyə yeni COVID-19 dalğasının artıq daxil olduğunu açıqladı.

İttifaqın ən böyük iqtisadiyyatlarından birinə sahib Fransa və bir neçə ölkə “AstraZeneca”nın virusa qarşı peyvəndinin dayandırmaq üzrədir.

Avropanın nüfuzlu bankı “ING” analitikləri qeyd edir ki, xalqın peyvəndlə bağlı inamının zədələnmə riski mövcuddur.

“Avropa İttifaqı və ABŞ arasında peyvənd çatışmamazlğını daha da genişlənə biləcəyindən Avrozonanın vahid valyutası Avroya əlavə təzyiqlər yarada bilər”, deyə bank analitikləri qeyd edir.

 

Son xəbərlər
Digər xəbərlər
X