25 C
Baku
Sunday, July 3, 2022

Dollar bahalaşaraq illik maksimumu yenilədi

Dolların indeksi möhkəmlənməkdə davam edir. ABŞ milli valyutası altı əsas rəqib valyutanın yer aldığı səbətə qarşı 1%-dən çox bahalaşaraq 100,22 səviyyəsinədək yüksəlib. Bazar iştirakçıları dolların möhkəmlənməsini ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçkiöncəsi verdiyi vədlərlə (vergi yükünün azaldılması və investisiya xərclərinin artırılması) izah edir.

Beləliklə, dolların indeksi ötən ilin noyabr ayından etibarən ən yüksək səviyyədədir.

ELƏCƏ DƏ BAX: Dolları ən ucuz və ən baha satan banklar (SİYAHI)

Avro/dollar cütlüyü 2015-ci ilin dekabr ayından etibarən ən aşağı səviyyəyə, yəni 1,0720-dək geriləyib.

Çin yuanı isə 8 illik minimumu yeniləyərək 6,8412 səviyyəsində qərarlaşıb.

İnkişaf etməkdə olan ölkələrin valyutalarına nəzər salanda məlum olur ki, Meksika pesosu, Türkiyə lirəsi və Rusiya rublu dollar qarşısında ən çox dəyər itirən valyutalardır.

Dollar/lirə cütlüyü 1% möhkəmlənərək 2,2840 səviyyəsində qərarlaşdığı vaxtda, dollar/rubl cütlüyü 0,8% bahalaşaraq 62,2788 səviyyəsinə çatıb.

APA

Son xəbərlər
Oxşar xəbərlər